2018-ci lin iyul ayında Azərbaycanda ticarət və xidmət obyektlərində istifadəe dilən POS- terminalların sayı artaraq 65 min 706 ədədə çatıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, iyun ayında bu göstərici 65 min 447 ədəd olub. İlin əvvəli ilə müqayisədə isə POS-terminalların sayı 525 ədəd artıb. Xatırladaq ki, bu ilin yanvarında bu göstərici 65 min 181 ədəd olub.
Artımın böyük hissəsi pərakəndə ticarət obyektlərinin payına düşüb. Əgər bu ilin uyun ayında həmin obyektlərdə istifadə edilən POS-terminalların sayı 64 min 142 ədəd olubsa, iyulda bu rəqəm 64 min 404 ədədə çatıb.
POS-terminalların sayının artması daha çox paytaxtda fəaliyyət göstərən obyektlərin hesabına baş verib. İyul ayında Bakıda istifadə edilən POS-terminalların sayı 1214 ədəd artaraq 38 min 394 ədəd olub. İyunda isə biu rəqəm 37 min 180 ədəd təşkil edib.
Regionlarda isə əksinə azalma müşahidə edilib. Əgər iyun ayında orada istifadəe dilən POS-terminalların sayı 28 267 ədəd olmuşdusa, iyulda bu göstərici 27 min 312 ədədə düşüb.
Azərbaycanda POS-terminalların sayı artdı - HESABAT
23:46
5 Sen 2018