Azərbaycanda POS-terminalların sayı aprel ayı ərzində 14 459 vahid və ya 20% azalaraq mayın 1-nə 56 668 ədəd təşkil edib.
Eləcə də bax: Vergi ödəyicisi mütləq - POS-TERMİNAL QURAŞDIRMALIDIR?
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, POS-terminalların 36 311 ədədi və ya 64%-i Bakıda, 20 357 ədədi və ya 36%-i isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların sayında da azalma müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı aprel ayı ərzində 41 ədəd və ya 1,5% azalıb.
Qeyd edək ki, ilin əvvli ilə müqayisədə bankomatların sayında 11 ədəd, POS-terminallar üzrə isə 10 800 ədəd azalma olub.
Apa