Bank

Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA

Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA | FED.az
11:57 4 İyun 2019

Yaxın gələcəkdə onlayn kassa tətbiq olunacaq.

FED.az xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, hazırda bu, test rejimində tətbiq olunmağa başlayıb:

“Nazirlər Kabinetinin hazırladığı qrafikə görə, bu aparatlar təsdiq olunacaq. Məqsəd sahibkarların üzərinə əlavə yükün düşməməsidir. Amma bu sahədə problemlər çoxdur. Bu problemlər, əsasən, vərdişlərlə bağlıdır. Bu vərdişlər çoxdan formalaşıb və birdən-birə dəyişmək də çətindir. Amma biz uzun müddət oturub gözləyə bilmərik”.

Eləcə də bax: Vergilər Nazirliyi: Səyyar yoxlamalar 4 dəfə azalıb

Sahib Ələkbərov POS-terminalların işləməməsindən də danışıb.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq, 80 mindən 67 minə düşüb:

“Milli Məclisdə POS-terminallarln işləməməsi ilə bağlı məsələ qaldırıldı. POS-terminallar ölkədə 10 ildən artıqdır tətbiq olunmağa başlayıb. Ölkədə POS-terminalların və kartların sayı kifayət qədərdir, amma bunlar işləmir.

Ölkəmizə gələn turistlərin sayı artır. Amma onlar POS-terminalları görməyəndə pul xərcləyə bilmir. Biz artıq beynəlxalq tədbirlər keçirən ölkəyik. Nə üçün bu problemlər olmalıdır? Bu çatışmazlığı qısa müddətdə həll etməliyik”.

Digər xəbərlər