2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 209 min 102,3 ton üzüm yığılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul yığımı 7 min 059,6 ton və ya 3,5% artıb.
Qeyd edək ki, 2025-ci ildə üzüm bağlarının ümumi sahəsi 14 min 865,4 hektar təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində 202 min 42,7 ton məhsul yığılmışdı.











