Bu il avqustun 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 324,736 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,769 milyon manat və yaxud 2,1% çoxdur.
Eləcə də bax:Rəqəmsallaşma bank sistemində yeni müştəri seqmenti formalaşdırır – MÜSAHİBƏ
Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 53 vahid artaraq 26 795-dən 26 848-ə çatıb.
Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğin də açıqlayıb. Bu məbləğ iyulda 7,7 milyon manat artaraq 31,099 milyon manatdan 38,799 milyon manata çatıb.