2019-cu ilin may ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 31 may 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi filiallarının sayı 512 ədəd olub. Ötən ay ilə müqayisədə bank filiallarının sayında dəyişiklik olmayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank sektorunun fəaliyyətdə olan filiallarının sayı 1 ədəd çoxdur.
Eləcə də bax: Son bir ayda bank sektorunda çalışanların sayı - ARTIB
Cari ilin may ayına bankların şöbələrinin sayı 129 ədəd olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14 ədəd azdır. Cari ilin aprel göstəriciləri ilə müqayisədə isə 1 ədəd çoxdur.
Fəaliyyət göstərən 30 bankın ATM-lərinin sayı 2 568 ədəd olub.