2026-cı ilin ilk 9 ayında Azərbaycanda fəaliyyət göstərən banklardan 17-nin öhdəlikləri artıb, 4 bankın isə azalıb.
Öhdəliklərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2026)
Öhdəliklərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (2025/30.09.2026)
FED.az biznes və maliyyə xəbərlərni portalı xəbər verir ki, bankların öhdəliklərinin dinamikasına görə hazırlanan renkinqə AFB Bank başçılıq edir.
Bankın öhdəlikləri 2025-ci ilin sonundakı 345,3 milyon manatdan 2026-cı il sentyabrın 30-na 495,3 milyon manata yüksəlib. Nəticədə 9 ay ərzində artım 150 milyon manat və ya 43,5% təşkil edib.
İkinci yerdə Bank of Baku qərarlaşıb. Bankın öhdəlikləri 396 milyon manat və ya 40,5% artaraq 1 milyard 372,7 milyon manata çatıb.
İlk üçlüyü Yapı Kredi Azərbaycan tamamlayır. Bankın öhdəlikləri 203,3 milyon manat və ya 30,4% artaraq 872,5 milyon manat olub.
Sonrakı yerlərdə VTB Bank (27,1%), Kapital Bank (24%), Azərbaycan Beynəlxalq Bankı (20,8%) və Ziraat Bank (18,7%) qərarlaşıb.
Öhdəliklərin artım tempi üzrə ilk beşlik aşağıdakı kimidir:
|
Bank |
Artım |
|
AFB Bank |
43,5% |
|
Bank of Baku |
40,5% |
|
Yapı Kredi Azərbaycan |
30,4% |
|
VTB Bank |
27,1% |
|
Kapital Bank |
24% |
Qeyd edək ki, renkinq 2025-ci ilin sonu ilə 30 sentyabr 2026-cı il tarixindəki göstəricilərin müqayisəsi əsasında hazırlanıb.















