Azərbaycanda bu ilin 1-ci rübü üzrə öhdəliklərin həcmi ən çox olan bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı öhdəliklərin həcmi üzrə renkinqə Renkinqə görə ən böyük öhdəliklərə təqribən 12,2 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank" 11,4 milyard manat göstərici ilə ikinci pillədə yer alır.
7,3 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 2,5 milyard manat göstərici ilə "Xalq Bank" 4-cü, 2 milyard manat göstərici ilə "Bank Respulika" 5-ci pillədə qərarlaşıb.
Digər 5 bankın öhdəliklərin həcmi 1-1,6 milyard manat arasındadır. Həmin bankların öhdəliklərin həcmi üzrə sıralaması isə belədir:
"Azər-Türk Bank"- 1,8 milyard manat, "Unibank" 1,6 milyard manat, "Yelo Bank" - 1,11 milyard manat, "Rabitəbank" - 1,07 milyard manat, "AccessBank"-1,06 milyard manat, .
Öhdəlikləri ən az olan banklar isə Melli İran Bankının Azərbaycan filialı (69,5milyon manat) və "Bank Avrasiya"(109,9 milyon manat) olub.