2024-cü ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2508,1 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2127,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,8 faizini təşkil edib.