Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 360 min ədəd artaraq 16 milyon 925 min ədəd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24.2% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 24.6%, kredit kartları üzrə 21.5% təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 122 min, kredit kartları 393 min, digər kartlar isə 2.7 mln. ədəd artıb.