Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminin (AÖS) əhatəliliyinin genişləndirilməsi və nağdsız ödənişlər üzrə xərclərin azaldılması müzakirə edilib.
Qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı - KARTLA OLACAQ
FED.az bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə qurumun nəzdindəki “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. Görüşdə AÖS iştirakçılarının görməli olduğu tədbirlər nəzərdən keçirilib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür. Qurumun nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.