Azərbaycan Mərkəzi Bankı "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb.
FED.az xəbər verir ki, 30 sentyabr 2023-cü il tarixi ilə müqayisədə 30 sentyabr 2024-cü il tarixində orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 1 faiz bəndi azalaraq 24%, avtomobil kreditləri üzrə 1 faiz bəndi azalaraq 12%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 3 faiz bəndi azalaraq 16% təşkil edib.
Orta faiz dərəcəsi məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 1 faiz bəndi artaraq 25%-ə, digər istehlak kreditləri (nağd pul krediti) üzrə 1 faiz bəndi artaraq 20%-ə yüksəlib.
İstehlak krediti - günlük ehtiyacları qarşılamaq üçün fiziki şəxslərə müxtəlif məqsədlərlə bank tərəfindən təklif edilən kredit məhsuludur.