Azərbaycanda bu ilin ikinci rübünün sonuna olan vəziyyətə görə kredit portfelinin həcmi ən kiçik olan banklar məlum olub.
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı kredit portfelinin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, kredit portfelinin həcmi ən az olan bank «Bank Melli İran»ın Bakı filialı olub. Bankın cəmi kredit portfeli 2,4 milyon manat təşkil edib.
Kredit portfeli kiçik olan digər bank isə «Bank Avrasiya»dır. Bu bankın ümumi kredit portfelinin həcmi 142,3 milyon manatdır.















