Azərbaycanda cəmi depozit bazasının tərkibində müddətli depozitlərin həcmi 2017-ci il yanvarın 1-nə 14 652,6 mln. manat, tələb olunanadək (müddətsiz) depozitlərin həcmi isə 7 438,4 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən xəbərə görə, müddətli depozitlərin məcmu depozit bazasında xüsusi çəkisi hesabat dövrünə 66,3%, tələb oluanandək depozitlərin xüsusi çəkisi isə 33,7% təşkil edib.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə müddətli depozitlərin məcmu depozit bazasında xüsusi çəkisi 66%, tələb olunanadək depozitlər - 34% olub. Bu, əhalinin getdikcə müddətli depozitlərə üstünlük verdiyini göstərib. Xatırladaq ki, məcmu depozit portfeli 2016-cı ildə 1 340,4 mln. manat və ya 5,7% azalıb.