2023-cü ilin 11 ayı ərzində Azərbaycanda mobil bankçılıq üzrə 4 milyon 694 min manat həcmində 34 065 əməliyyat aparılıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, əməliyyatlar son bir ildə məbləğ ifadəsində 2 milyon 685 min manat (2,3 dəfə), say ifadəsində 20 946 ədəd (2,6 dəfə) artıb.
2022-ci ilin eyni dövründə 2 milyon 9 min manatlıq 13 119 əməliyyat aparılmışdı.
Mobil bankçılıq üzrə 1 əməliyyatın həcmi 138 manat, əvvəlki ilin eyni dövründə isə 153 manat təşkil edib.