Azərbaycanda «Aztürk Holding» ASC ilə «Xalq Bank» arasındakı girov müqaviləsinə dəyişiklik ediləcək.
FED.az xəbər verir ki, bu barədə holdinqdən bildirilib.
Eləcə də bax: «100 min manatlıq girovu satırsan, krediti bağlamır» - BANKLARDAN ŞİKAYƏT
Məlumata görə, «Aztürk Holding» ASC ilə «Xalq Bank» arasında bağlanmış 12.07.2016-cı il tarixli Torpaq sahəsi üzərində icarə hüququnun girovu haqqında müqaviləyə zəruri dəyişikliklərin edilməsi ilə bağlı səhmdarların 30 aprel 2020-ci il tarixdə ümumi yığıncağı keçiriləcək.