2025-ci ilin müvafiq dövrünün yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəət göstəriciləri açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə ən yüksək mənfəət əldə edən banklar məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın xalis mənfəəti 335 milyon 693 min manat təşkil edib.
İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb – bankın mənfəəti 315 milyon 13 min manat olub.
"Paşa Bank" ASC 148 milyon 896 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Xalq Bank" ASC isə 61 milyon 81 min manat mənfəətlə dördüncü olub.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Bank Respublika" ASC-də 60 milyon 583 min manat, "AccessBank" QSC-də isə 49 milyon 52 min manat mənfəət qeydə alınıb.
"Yelo Bank" ASC 31 milyon 276 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "Bank of Baku" ASC 30 milyon 595 min manat mənfəətlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "Unibank" KB ASC (25 milyon 781 min manat) və "Ziraat Bank Azərbaycan" ASC (23 milyon 253 min manat) tamamlayır.











