Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yerli bankların “Visa” və “MasterCard” ödəniş kartları ilə əməliyyatların həcmi 12 milyard 671,3 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 268,9 milyon manat və ya 2,1% daha azdır.
Hesabat dövründə “Visa” kartları ilə əməliyyatların həcmi 8 milyard 398,8 milyon manat, “MasterCard” kartları ilə əməliyyatların həcmi 4 milyard 272,5 milyon manat təşkil edib.
İllik müqayisədə “Visa” kartları ilə əməliyyatların həcmi 520,3 milyon manat (6,6%) artıb, “MasterCard” kartları ilə əməliyyatların həcmi 789,2 milyon manat (15,6%) azalıb.
Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanda yerli bankların “Visa” və “MasterCard” ödəniş kartları ilə əməliyyatların həcmi 12 milyard 940,2 milyon manat olmuşdu. Bunun 7 milyard 878,5 milyon manatı “Visa” kartlarının, 5 milyard 61,7 milyon manatı “MasterCard” ödəniş kartlarının payına düşüb.















