Bu ilin fevralın 1-nə banklar tərəfindən Azərbaycanın rayon və şəhərlərinə manatla təxminən 23,2 milyard manat kredit verilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun 16,8 milyard manat hissəsi paytaxt Bakının payına düşüb.
Bakıdan kənarlar rayon və şəhərlərə nəzər yetirdikdə Sumqayıt şəhərinin payına 738,3 milyon manat, Gəncə şəhərinə 649,4 milyon manat, Naxçıvana 365,2 milyon manat düşüb.
Banklar tərəfindən milli valyutada Abşerona 311,7 milyon manat, Lənkərana 271,1 milyon manat, Bərdəyə 221,7 milyon manat kredit verilib.
Xaçmaz rayonu üzrə verilmiş kreditlərin ümumi məbləği 197,1 milyon manat, Mingəçevir üzrə 191 milyon manat, Şəmkir üzrə 176,3 milyon manat Şəki rayonu üzrə isə 173,6 milyon manat təşkil edib.