Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 78 min ədəd artaraq 17 milyon 421 min ədəd təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.3% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 22.8%, kredit kartları üzrə 18.9% təşkil etmişdir. Aylıq müqayisədə əməkhaqqı kartlarının sayı 164 min ədəd və ya 5,7% azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb. 2024-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5697 mln. manat təşkil edib..