Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisi olan “Azerbaijan İnternational Consulting Company”şirkəti bankın kreditorları və debitorlarına müraciət edib. FED.az-ın məlumatına görə, müraciətdə deyilir ki, “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisinin fəaliyyət göstərdiyi ünvan dəyişib:
"Bununla əlaqədar bildiririk ki, 2018-ci il sentyabrın 20-dən etibarən ləğvetmə tədbirləri “Azərbaycan Kredit Bankı” ASC-nin balansında olan binada – Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi, 58 nömrəli ünvanda ( Təzə bazarla üzbəüz, “AF center” MMC-nin ikinci mərtəbəsində) aparılacaqdır".
Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC