Bank

Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 93%-i təmin olunub

Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 93%-i təmin olunub | FED.az
12:47 8 Mart 2021

2020-ci ilin iyunun 16-dan bu ilin martın 3-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 244,31 mln. manatdan çox kompensasiya ödənilib.

 FED.az xəbər verir ki, Əmanətlərin Sığortalaması Fondundan (ADIF) verilən məlumata görə, "AGBank" üzrə 4 685 əmanətçiyə 113,08 mln. manat, "NBCBank" üzrə isə 4 213 əmanətçiyə 131,22 mln. manat kompensasiya verilib.

Ötən ilin iyunun 1-dən bu ilin martın 3-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 383,16 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 800 əmanətçiyə ödənilən məbləğ 139,89 mln. manat, "Atabank" üzrə isə 9 778 əmanətçiyə 243,27 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, martın 3-nə 24 476 əmanətçiyə bu məbləğin 627,4 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 93%-i təmin olunub.

Banner

Digər xəbərlər