Bu ilin yanvar - noyabr aylarında ölkə iqtisadiyyatına bank kreditləri ilə sərmaye qoyuluşu azalıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 987 mln manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 639,60 mln manat və ya 39,32% azdır.
Eləcə də bax:Regionlar üzrə kredit qoyuluşu – ƏSAS PAY BAKININDIR
Məlumat üçün bildirək ki, ötən ilin 11 ayında bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 1626,6 mln manat olub.
2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,87% və ya 112,50 mln manat az vəsait yatırılıb.