Xəbər verildiyi kimi Azərbaycan banklarının kredit portfeli mart ayında azalıb.
FED.az-ın məlumatına görə, kreditlər 59 milyon manat və ya 0,4% azalaraq 15 milyard 637 milyon manata enib.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - KƏSKİN ARTIB
Kreditlərin azalması iqtisadiyyatın əksər sahələrində hiss edilib. Belə ki, kreditlər
Ticarət və xidmət sektorunda 15 milyon manat azalıb (2 522 milyon manatdan 2 507 milyon manata enib)
Energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar sektorunda 0,9 milyon manat artıb (626,2 milyon manatdan 627,1 milyon manata yüksəlib)
Kənd təsərrüfatında 6,8 milyon manat azalıb (534,3 milyon manatdan 527,5 milyon manata enib)
İnşaat sektorunda 3,8 milyon manat artıb (464,6 milyon manatdan 468,4 milyon manata yüksəlib)
Sənaye və istehsal sektorunda 6,2 milyon manat azalıb (1 135,4 milyon manatdan 1129,2 milyon manata enib)
Nəqliyyat və rabitə sektorunda 3,9 milyon manat azalıb (1 172,5 milyon manatdan 1168,6 milyon manata enib)
İstehlak kreditləri 138,7 milyon manat azalıb ( 7 099,5 milyon manatdan 6960,8 milyon manata enib)
Buna baxmayaraq, istehlak kreditlərinin tərkibində ipoteka kreditləri 25,6 milyon manat artıb (1 963,4 milyon manatdan 1 989 milyon manata yüksəlib).
Digər sektorlara kreditlər isə 22,4 milyon manat artaraq 696,2 milyon manatdan 718,6 milyon manata yüksəlib.