Azərbaycanda kreditlərini ən yaxşı ödəyən və problemli kreditlərin payının ən aşağı olduğu rayonlar məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkədə kredit borclarını ən yaxşı ödəyən və banklara prbolem yaratmayan 15 rayon və şəhəri müəyyən edib.
Araşdırma göstərir ki, 9 rayonda problemli kreditlər ümumiyyətlə yoxdur. Bu rayonların bir hissəsi işğaldan azad olunan ərazidədir. Bunlar - Kəlbəcər, Cəbrayıl, Laçın, Zəngilan və Şuşadır. Hələlik bu rayonlar üzrə götürülən kreditlərdə gecikmə yoxdur.
Problemli krediti ümumiyyətlə olmayan digər rayonlar isə Şahbuz, Ordubad, Xızı və Sədərəkdir.
Digər 6 rayonda isə problemli kreditlər olsa da, onların məbləği cüzidir.
Belə ki, kredit borclarını ən yaxşı ödəyən rayonların siyahısındakı Şabran rayonunda 40,7 milyon manatlıq ümumi portfeli olsa da, vaxtı keçmiş kreditlərin məbləği cəmi 0,2 milyon manat – 200 min manat olub. Bu da 0,5% göstərici ilə ölkə üzrə ən aşağı göstəricidir.
Şərur rayonunda 15,4 milyon manatlıq ümumi kredit portfelinə qarşı problemli kreditlər cəmi 100 min manatdır. Bu cəmi portfelin 0,6%-ni təşkil edir.
Ölkənin maliyyə cəhətdən ən intizamlı rayonlarından olan Qusar rayonunda isə cəmi kredit portfeli 47,5 milyon manat, vaxtı keçmiş borcların məbləği 0,3 milyon manat təşkil edir. Başqa sözlə, problemli kreditlər ümumi portfelin 0,6%-i qədərdir.
Ağsu və Qax rayonlarında da təxminən eyni vəziyyətdir - cəmi kredit qoyuluşu 44,0 milyon manat təşkil edən rayonda problemli kreditlərin məbləği 0,3 milyon manat, payı isə 0,7% səviyyəsindədir.
Qax rayonunda isə ümumi portfelin həcmi 44,3 milyon manata bərabərdir və bu məbləğin 0,3 milyon manatı, yəni 0,7%-i vaxtı keçmiş kreditlərin payına düşür.
Yardımlı rayonu siyahıda 14,4 milyon manatlıq ümumi kredit portfeli, 0,1 milyon manatlıq vaxtı keçmiş borcu və 0,7% problemli kredit payı ilə yer alıb.
|
№ |
Rayon/şəhər |
Cəmi portfel |
Vaxtı keçmiş kreditlər |
Problemli kreditlər |
|
1 |
Şahbuz rayonu |
8,2 milyon manat |
0,0 milyon manat |
0,0% |
|
2 |
Ordubad rayonu |
5,9 milyon manat |
0,0 milyon manat |
0,0% |
|
3 |
Xızı rayonu |
4,5 milyon manat |
0,0 milyon manat |
0,0% |
|
4 |
Sədərək rayonu |
3,4 milyon manat |
0,0 milyon manat |
0,0% |
|
5 |
Şabran rayonu |
40,7 milyon manat |
0,2 milyon manat |
0,5% |
|
6 |
Qusar rayonu |
47,5 milyon manat |
0,3 milyon manat |
0,6% |
|
7 |
Şərur rayonu |
15,4 milyon manat |
0,1 milyon manat |
0,6% |
|
8 |
Qax rayonu |
44,3 milyon manat |
0,3 milyon manat |
0,7% |
|
9 |
Ağsu rayonu |
44,0 milyon manat |
0,3 milyon manat |
0,7% |
|
10 |
Yardımlı rayonu |
14,4 milyon manat |
0,1 milyon manat |
0,7% |
|
|
|
|
|
|
|
İşğaldan azad olunmuş rayonlar |
||||
|
1 |
Kəlbəcər rayonu |
13,6 milyon manat |
0,0 milyon manat |
0,0% |
|
2 |
Cəbrayıl rayonu |
4,7 milyon manat |
0,0 milyon manat |
0,0% |
|
3 |
Laçın rayonu |
4,6 milyon manat |
0,0 milyon manat |
0,0% |
|
4 |
Zəngilan rayonu |
3,5 milyon manat |
0,0 milyon manat |
0,0% |
|
5 |
Şuşa rayonu |
0,7 milyon manat |
0,0 milyon manat |
0,0% |











