FED.az - ın apardığı araşdırmadan belə olub ki, son bir ildə Azərbaycanda 30 bankdan 5-nin kredit portfeli sürətlə böyüyüb. Belə ki, ötən ilin birinci yarısı ilə müqayisədə ən çox kredit portfeli artan bank Azərbaycan Beynəlxalq Bankı olub. Bankın kredit portfeli 45.4% lıq artım göstərib.
Eləcə də bax: Azərbaycan banklarının kredit portfelinin həcminə görə - RENKİNQİ (30.06.2019)
İkinci ən çox kredit portfeli böyümüş bank AFB Bank olub ki, qeyd edilən bankın portfelinin artım dinamikası 21.4% olub.
Eləcə də bax: Bankların Kredit portfelinin aktivlərə nisbəti üzrə – RENKİNQİ (30.06.2019)
Siyahının üçüncü pilləsində 15.5% artım dinamikası ilə Bank Melli İranın Bakı filialı qərarlaşıb.
Eləcə də bax: Bankların kredit portfelinin dinamikası üzrə - RENKİNQİ (30.06.2019)
TOP beşlikdə 4- cü pillədə 12,1% artım dinamikası ilə Bank Respublika, sonuncu pilləsində isə 11,6% artımla Naxçıvanbank qərarlaşıb.
Azərbaycanda kredit portfeli sürətlə böyüyən 5 bank
16:38
8 Avq 2019