2021-ci ildə koronavirus pandemiyasının təsirlərindən çıxan Azərbaycan bankları sektoru, iqtisadiyyatdakı nisbi canlanması ilə yenidən kredit portfellərini artırmağa başlayıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, 2022-ci ilin sonuna ölkə banklarının kredit portfeli 19 milyard 594 milyon manata çatıb, bu 2021-ci ilin sonu ilə müqayisədə 2 milyard 935 milyon manat və ya 17,6% artıqdır.
Amma ölkə banklarının heç də hamısında artım sürəti belə olmayıb. Üstəlik bəzi banklarda kredit portfelinin kiçilməsi baş verib.
Ümuilikdə ölkədəki 25 bnkdan 20-nin kreditləri artıb, 5-də kreditlər azalıb.
2022-ci ildə kredit portfelini məbləğlə ifadədə ən çox artıran banklardan biri Azərbaycan Beynəlxalq Bankı – ABB olub. Ötən il ABB-nin kreditlərində artım faiz baxımından 14%, məbləğlə ifadədə isə 431 milyon manat təşkil edib.
«Kapitalbank»ın kredit portfeli isə 505 milyon manat həcmində, və ya 19% artıb.
Kredit portfeli ilə bağlı maraqlı məqam – kreditlərin artım sürətinə görə, «Bank Respublika»nın «Paşa Bank»ı üstələməsi olub. Belə ki, 2022-ciildə «Paşa Bank»ın kredit portfeli cəmi 182 milyon manat və ya 7,25 artdığı halda, «Bank Respublika»nın kreitləri 242 milyon manat və ya 34%-ə yaxın yüksəlib.
2022-ci ildə kredit portfelini ən çox artırmağa nail olan 2 bank «Bank of Baku» və «Yelo Bank» olub – 39%-dən çox artım olub. Digər iki bank – «Azər Türk Bank» və «Ziraat Bank»da artım 37%-dən çox olub. «Yelo Bank» kredutlərini 176 milyon manat, "Bank of Baku" isə 163 milyon manat artırmağa nail olub.
«Yapı Kredi Bank Azərbaycan» və «Bank Respublika» da kredit portfelini 30%-dən çox artıran banklar arasındadır.
«Rabitəbank» və «Accessbank»ın kredit portfeli də eyni sürətlə böyüyüb.
Kredit portfeli ən çox azalan bank isə «Premium Bank» olub. 2021-ci illə müqayisədə 2022-ci ilin sonunda bu bankın kreditləri 71 milyon manat və ya 145 azalıb.