Bu ilin 3-rübü üzrə Azərbaycanda ən çox istehlak krediti verən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatları əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, ən çox istehlak krediti verən bank "Kapital Bank" olub. Bank ümumilikdə 2 milyard 815,7 milyon manat istehlak krediti verib.
Bundan başqa bank sektorunda liderlik mövqeyi sərgiləyən ABB-nin istehlak kreditlərinin həcmi 1 milyard 751,7 milyon manat olub.
"Unibank"ın istehlak kreditlərinin həcmi 638,3 milyon manat, "Bank of Baku"nun istehlak kreditləri portfeli 565 milyon manata bərabər olub.
8 bankda isə göstəricilər 200-300 milyon manat arasındadır. 3 bankda isə istehlak kreditlərinin həcmi 10 milyon manatdan aşağıdır.
Ən aşağı göstəricilər "Bank Melli İran" (3,4 milyon manat), "Azərbaycan Sənaye Bankı" (7,1 milyon manat), "Bank Avrasiya" (14,6 milyon manat" üzrə qeydə alınıb.