"Azərbaycan praktikası göstərir ki, tənzimləyicinin iştirakı olmadan İslam bankçılığı məhsullarının tətbiqi müəyyən mərhələyədək mümkündür". FED.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu Rusiyanın dövlət bankı olan "Sberbank"ın İdarə Heyəti sədrinin müavinin müşaviri Behnam Qurbanzadə bildirib.
"İslam bankçılığı sahəsində yeni məhsullar üzərində işləyərkən qanunvericiliyin tələblərini mütləq nəzərdən keçirməlisiniz. Azərbaycan praktikası göstərir ki, tənzimləyicinin iştirakı olmadan İslam bankçılığı məhsullarının tətbiqi müəyyən mərhələyədək mümkündür. Lazımi qanunvericilik bazası olmadıqda, siz məhsulların üstünlüyünün kiçik hissəsindən yararlana bilərsiniz. Biz isə istəmirik ki, Rusiyada İslam bankçılığı haqqında mənfi imic formalaşsın", - deyə o bildirib.
Qeyd edək ki, B. Qurbanzadə 2012-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İslam bankçılığı departamentinin rəhbəri olub. Ardından ABB departamenti ləğv edib. Bundan bir müddət sonra B. Qurbanzadə "Amrahbank"ın İdarə Heyəti sədrinin müavini təyin olunub, lakin bu vəzifədə çox işləyə bilməyib. Bundan sonra bankir Rusiyaya üz tutub.