Bu ilin I rübünün maliyyə nəticələrinə əsasən ən yüksək məbləğdə ipoteka (daşınmaz əmlak) kredit portfelinə malik olan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların balans hesabatı əsasında hazırladığı bankların ipoteka kredit portfelinin həcminə görə renkinqə istinadən xəbər verir ki, 11 bankın ipoteka kredit portfeli 100 milyon manatdan yüksəkdir.
Siyahının ilk pilləsində 1 milyard 453 milyon manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dan sonra ikinci yerdə ölkənin ən böyük banklarından olan "Kapital Bank" durur. Bankın ipoteka kredit portfeli 607,8 milyon manat təşkil edir.
Üçüncü yerdə ölkənin ən aparıcı banklarından olan "Xalq Bank"ın ipoteka kreditlərinin həcmi 476,6 milyon manata bərabər olub. "Paşa Bank"da isə ipoteka kredit portfeli 217,9 milyon manat təşkil edib.
"Azər Türk Bank"ın biznes kredit portfeli 200,5 milyon manata bərabər olub
"Bank BTB"də isə bu göstərici 191 milyon manata yaxınlaşıb.
Növbəti 5 bankın ipoteka kreditlərinin həcmi isə aşağıdakı kimidir.
Belə ki, ipoteka kredit portfeli "Rabitəbank"da 166,7 milyon manat, "Bank Respublika"da 151,5 milyon manat, "TuranBank"da 132,5 milyon manat, "Expressbank"da 116,7 milyon manat "Unibank"da isə 100,3 milyon manat olub.