Bu ilin üçüncü rübünün maliyyə nəticələrinə əsasən ən yüksək məbləğdə ipoteka (daşınmaz əmlak) kredit portfelinə malik olan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların balans hesabatı əsasında hazırladığı bankların ipoteka kredit portfelinin həcminə görə renkinqə istinadən xəbər verir ki, 10 bankın ipoteka kredit portfeli 100 milyon manatdan yüksəkdir.
Siyahının ilk pilləsində 1 milyard 394,3 milyon manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dan sonra ikinci yerdə ölkənin ən böyük banklarından olan "Kapital Bank" durur. Bankın ipoteka kredit portfeli 610 milyon manat təşkil edir.
Üçüncü yerdə ölkənin ən aparıcı banklarından olan "Xalq Bank"ın istehlak kreditlərinin həcmi 432,9 milyon manata bərabər olub. "Paşa Bank"da isə ipoteka kredit portfeli 210,6 milyon manat təşkil edib.
"Bank BTB"də isə bu göstərici 189,3 milyon manatı keçib.
Növbəti 6 bankın ipoteka kreditlərinin həcmi isə aşağıdakı kimidir.
Belə ki, ipoteka kredit portfeli "Azər Türk Bank"da 189,2 milyon manat, "Rabitəbank"da 152,8 milyon manat, "Bank Respublika"da 142,2 milyon manat, "TuranBank"da 128,6 milyon manat, "Expressbank"da 112,2 milyon manat manat olub.