2023-ci ilin IV rübündə Azərbaycanda 2 bankın kapitalı 30%-dən çox, 4 bankın kapitalı isə 20%-dən çox böyüyüb.
FED.az bu barədə bankların rüblük hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, “Bank Respublika”nın balans kapitalı 31,5% (37 milyon 308 min manat), “Unibank”ın balans kapitalı isə 31,2% (35 milyon 435 min manat) artıb.
- Azərbaycanda kapitalın həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2023)
-
Azərbaycanda kapitalın dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2023)
“Yelo Bank”ın kapitalı isə 29,9% və ya 22 milyon 799 min manat böyüyüb.
Bundan başqa “Paşa Bank”ın kapitalında 26,3% (174 milyon 195 min manat), “Azər Türk Bank”ın kapitalında 22,2% (15 milyon 330 min manat), “AccessBank”ın kapitalında isə 21,6% (24 milyon 353 min manat) artım baş verib.