2019-cu ilin oktyabr ayında Azərbaycanda əmanətlərin ümumi həcmi 23,413 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir ki, qeyri-maliyyə təşkilatlarının əmanətlərinin həcmi 2018-ci ilin oktyabr ayı ilə müqayisədə (11,8 milyard manat) 4 faiz artaraq 12,898 milyard manat təşkil edib. Bu ilin sentyabr ayında hüquqi şəxslərin əmanətlərinin ümumi həcmi 14,602 milyard manata çatıb.
Eləcə də bax: Əhalinin banklardakı əmanəti - ARTIB
Fiziki şəxslərin əmanətləri isə beş faiz artaraq 8,81 milyard manat təşkil edib.
2019-cu ilin oktyabr ayının nəticələrinə görə, xarici valyutadakı əmanətlər ötən ilin müvafiq dövrü ilə nisbətən 1,3 faiz artaraq 14,84 milyard manat təşkil edib.
Milli valyutadakı əmanətlərin ciddi şəkildə artması müşahidə olunur ki, bu da ötən ilin oktyabr ayına nisbətən 16,6 faiz artaraq 8,576 milyard manata çatıb.
Eləcə də bax: Əmanətlərin tam sığortası ləğv ediləcək – PULU OLANLAR NƏ ETSİN
Trend