"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) üçün priorotetlərdən biri bank sisteminin rəqəmsallaşmasdır".
FED.az xəbər verir ki, bunu MBNP-ının baş icraçı direktoru İbrahim Alışov deyib.
"Bankların mövcud vəziyyətdə rəqəmsallaşmasının diaqnostikasını həyata keçirmişik. Hər bir bank üçün ayrıca fəaliyyət planı hazırlamışıq. Bankların rəqəmsallaşmaya keçidi nəzarətdə saxlanılır. Təəssüf ki, hazırda banklarda rəqəmsallaşmanın səviyyəsində çatışmazlıqlar var. Beynəlxalq təcrübədən istifadə edərək Azərbaycanda müvafiq müasir texnologayaların tətbiqinin nəzarət çərçivəsinin formalaşdrıılması, bu texnologiyların tətbiqi bizim üçün əsas hədflərdəndir", - deyə o, qeyd edib.
Bundan başqa, İ.Alışov deyib ki, kriptovalyutaların volatilliyi, anonimliyi, qeyri-sağlam əməliyyatların aparması əlavə risklər yaradır: "Kriptovalyutalarla əməliyyatlar bir sıra ölkələrdə tənzimlənir, hüquqi statusu var, vergi öhdəliyi formalaşıb. Bu, böyük əhəmiyyət kəsb edir. Kriptovalyuta ilə bağlı hüquqi çərçivənin formalaşdırılması risklərdən sığortalanmaya imkan verəcək".
Onun sözlərinə görə, hazırda qeydə alınan maliyyə göstəriciləri bank sektorunda gələcək dövrə pozitiv baxışlar sərgiləyir: "Sektorda mövcud vəziyyət informasiya texnologiyalarının tətbiqini rəqəmsallaşmanı vacib edir".