Azərbaycanda hər 10 nəfərdən 3-nün kreditə ehtiyac var.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin «Həyat tərzi» araşdırmasında məlum olub.
Təcili: Azərbaycanda biznes kreditlərinə - GÜZƏŞT EDİLƏCƏK
Araşdırma göstərir ki, hər 10 nəfərdən üçünün kreditə və ya borc pula ehtiyacı var. Ümumilikdə istehlak kreditlərinə ehtiyac daha müşahidə olunsa da, ayrılıqda götürdükdə biznes kreditlərinə ehtiyacın da kifayət qədər olduğu açıq-aşkar görünür. Kreditə ehtiyacı olan hər 10 nəfərdən dördü biznes üçün borclanmaya getməyi daha məqbul hesab edir. Borca ehtiyacın əsasən 1000-5000 manat arasında olduğu müşahidə olunsa da, orta məbləğin 9000 manat təşkil edir.
Banklar kredit verməyi niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
Araşdırma zamanı «Kreditə, yəni borc pula ehtiyacınız varmı?» sualına 71% iştirakçı «xeyr» cavabını verib, 29% isə ehtiyacının olduğunu deyib. Kreditə ehtiyac olanların 36,8%-i borc pulla şəxsi biznesini qurmaq, biznesini genişləndirmək və şəxsi təsərrüfatla məşğul olmaq istədiklərini qeyd ediblər.
İş adamları dövlətin kredit dəstəyindən – NƏ QAZANACAQ? – HESABLAMA
Sorğu iştirakçılarının 36,2% borcun və ya kreditin ev təmiri işləri, ev almaq üçün lazım olduğunu deyib. Respondentlərin 9,7%-i krediti müalicə almaq, tibbi əməliyyat üçün istəyir. 7,8%-i isə borc pulla avtomobil almaq fikrindədir.
Kredit axtaranların 6,4%-i bu pulu başqa şəxslərə və banka borcunu qaytarmaq üçün istifadə etmək istəyir, 5% isə kreditlə dolanışıq və maddi problemlərini aradan qaldırmaq istəyənlərdir.
Kredit axtaranların 3,1%-i bildirib ki, məqsədləri ailə qurmaq və ya xeyir iş keçirməkdir. Borca ehtiyacı olanların 2,8%-i bu pulu özünün və ya övladının təhsil haqqını ödəmək məqsədi ilə axtarır.
Araşdırma göstərib ki, ən çox tələbat olan kredit məbləği 1000-5000 manatdır.
«Nə qədər kreditə ehtiyacınız var?» sualına cavab olaraq, sorğu iştirakçılarının 61,8%-i 1001-5000 manat, 18,4%-i 5001-10 000 manat, 9,7%-i 10001-20 000 manat, 5,8%-i 20001-50 000 manat, 1,4%-i isə 50 000 manatdan çox kreditə ehtiyaclarının olduğunu bildirib.
Qeyd edək ki, 2020-ci ilin mart ayında aparılan «Həyat tərzi» araşdırması ümumilikdə 10 sahəni əhatə edib.
Yaşı 18-64 olan 1 242 nəfər arasında aparılan araşdırmada iştirakçıların 48,6% xanımlar, 51,4% kişilər olub.
İştirakçıların 54,4%-i orta, 26,6%-i ali, 19%-i isə orta ixtisas təhsilli olub.
Respondentlərin orta aylıq gəlirləri 555 AZN, ailənin orta aylıq gəliri 780 AZN olub. Gəliri olmayanlar 29,8%, özünün orta aylıq gəliri haqqında cavab verməyənlər 10,3%, ailəsinin orta aylıq gəliri haqqında cavab verməyənlər 24,% olub.