FED.az biznes və maliyyə xəbərləri portalı dekabr ayı üçün banklar arasında illik manat əmanəti üzrə faiz dərəcələrini araşdırıb.
Araşdırmaya əsasən məlum olub ki, verilmiş əmanət faizinə uyğun olaraq ən yüksək faiz dərəcəsi AccessBank, Turanbank, Yelo Bank, Muğanbank, Bank BTB-dədir. Bu banklarda manat əmanəti üzrə illik gəlir 11% təşkil edir.
FED.az digər banklarda 2021-ci ilin dekabr ayı üçün illik manat əmanətinin göstəricilərini təqdim edir:
AccessBank - əmanətin illik göstəricisi 11 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 10.5 % olur.
ABB Bank - əmanətin illik göstəricisi 6.5 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu göstərici 6 % olur.
Bank Respublika - əmanətin illik göstəricisi 9,5 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu göstərici 9 % olaraq dəyişir.
Bank of Baku - əmanətin illik göstəricisi 9.5 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu rəqəm 9 % üzrə dəyişir.
Yelo Bank - əmanətin illik göstəricisi 11 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 10 % olur. Xatırladaq ki, Bank BTB də eyni göstəricilərlə əmanət faizləri təqdim edir.
Rabitəbankda əmanətin illik göstəricisi 10 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 9.25 % - ə bərabər olur. Əgər müddət 36 ay olarsa faiz dərəcəsi 10.5 - ə qalxır. Ümumiyyətlə əmanətin saxlanma müddəti artıqca, təyin olunan faiz göstəriciləri də qalxmış olur.
Unibank - əmanətin illik göstəricisi 10 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 9.5 % olaraq dəyişir.
Turanbank - əmanətin illik göstəricisi 11 %-dir. Faiz gəliri aylıq götürülərsə, bu, 9.75 % olur.
ExpressBank - əmanətin illik göstəricisi 10 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 9 % - ə enir.
Kapital Bank - əmanətin illik göstəricisi 6.5 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 6 % - ə düşür.
Bank BTB - əmanətin illik göstəricisi 11 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 10 % olur.
ASB bank - əmanətin illik göstəricisi 7 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 6 % olur.