"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) arasında onlayn görüş keçirilib.
Eləcə də bax: Ölkəmizdə ən çox girov qoyulan - DAŞINMAZ ƏMLAKLAR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, ABA-nın bildirdiyinə görə, görüşdə qurumun nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvləri, DƏDRX-in rəhbər və məsul şəxsləri iştirak edib.
Tərəflər girov daşınmaz əmlakın bankın balansına keçirilməsində qarşıya çıxan problemləri müzakirə edib, onların operativ həlli üçün iki qurumun nümayəndərindən ibarət işçi qrupunun yaradılmasına, eyni zamanda bu kimi müzakirələrin və konstruktiv dialoqun gələcəkdə daha intensiv şəkildə davam etdirilməsinə qərar verib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 bank olmayan təşkilat Assosiasiyanın üzvüdür.