2021-ci ilin yanvarın 31-nə Azərbaycanda manatla geniş pul kütləsinin həcmi 19 488,3 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4% azdır.
Azərbaycan Mərkəzi Bankından (AMB) FED.az-a verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 8,6% artıb.
Hesabata əsasən, ümumi geniş pul kütləsinin (M3) həcmi 28 112,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 1,5%, aylıq müqayisədə isə 3,7% azdır.
Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.(apa)