Azərbaycanda faiz xərcləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların faiz xərclərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 2,2 dəfə, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın faiz xərcləri 9,8 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 2,2 dəfə və ya 48,3 milyon manat göstərici ilə "Kapital Bank" gəlir.
Faiz xərclərində 2 dəfə və ya 1 milyon manat artım baş verən "Yapı Kredi Bank Azəraycan" üçüncüdür.
"Azərbaycan Beynəxalq Bankl"-nda faiz xərcləri illik müqayisə ilə 92,5% və ya 40,2 milyon manat dəyərində artıb.
"Paşa Bank"-ın faiz xərclərində təxminən 82,2% və ya 17,7 milyon manat artım baş verib.
Hesabat rübündə 17 bankın faiz xərcləri artıb, 4 bankın faiz xərcləri azalıb, "Bank Melli İran" Bakı filialında isə qeydə alınmayıb.