Azərbaycanda məsafədən bank hesabı açmaq üçün texniki işlər başa çatmaq üzrədir və artıq bir neçə günə ölkə vətəndaşları bu xidmətdən istifadə edə biləcəklər.
Bu barədə FED.az-a Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərov bildirib.
Eləcə də bax: Məsafədən bank hesabının açılmasına dair - MEYARLAR MÜƏYYƏNLƏŞDİRİLİB
Onun sözlərinə görə, identifikasiya dərəcəsinə və məbləğinə görə, məsafədən bank hesabı 3 formada açıla bilər.
500 manatlıq hesab
Birinci variantda bank hesabı açmaq üçün şəxsiyyət vəsiqəsi üzərində FİN kodun və mobil telefon nömrəsinin olması kifayətdir. Bu göstəricilərlə banka müraciət edən müştərinin telefonuna kod daxil olur və həmin kodu daxil etməklə müraciətini təsdiqləyir. Həmin hesabla il ərzində 500 manatlıq sadə əməliyyat aparmaq olar. Məsələn komunal ödənişlər, internet mobil telefon ödənişləri və sair.
Eləcə də bax: Azərbaycanda mobil ödəniş xidmətlərini təklif edəcək bankların - SAYI ARTIRILIR
6000 manatlıq hesab
İkinci variantda əvvəlki variantdan (yəni fin kod və telefon nömrəsindən) müştərinin video verifikasiyası da aparılmalıdır. Yəni müştəri bu məlumatları göndərməklə yanaşı, bankla videogörüntü yaratmalı və bank əməkdaşları onun məhz həmin şəxs olduğunu dəqiqləşdiməlidirlər. Bunun üçün Azərbaycan Beynçlxalq Bankında 7/24 növbə sistemi qurulacaq ki, sutkanın istənilən vaxtında hesabı açmaq mümkün olsun. Belə hesabla ildə 6 min maenat həcmində əməliyyatlar aparmaq olar.
Eləcə də bax: Məsafədən bank hesablarının açılması sisteminin - TƏQDİMATI KEÇİRİLİB
Limitsiz, tammiqyaslı hesab
Nəhayət, müştəri yuxırıda göstərilənlərdən (fin kod + telefon nömrəsi + müştərinin video verifikasiyası) əlavə olaraq elektron və ya ASAN imzasını da təqdim etməklə özünə tam funksiyalı bank hesabı aça bilər. Bu hesabda nə məbləğ, nə də funksionallıqla bağlı heç bir məhdudiyyət olmayacaq və burada istənilən əməliyyatı aparmaq mümkün olacaq.
Eləcə də bax: Azərbaycanda bank hesablarının məsafədən açılmasına başlanılır
Belə hesabların sahibləri banka kredit üçün onlayn müraciət edib kredit də ala bilərlər.
Müştəri məsafədən bank hesabını xaricdə olanda da aça bilər. Amma bunun üçün onun mobil telefonu işlək olmalıdır ki, hesab açılması prosesində ona SMS-lə göndərilən kodu qəbul edə bilsin.