Bank və maliyyə sektoru təkcə Azərbaycanda deyil, bütün dünyada yüksək əmək haqqı ilə seçilir. Amma banklar arasında da əmək haqları bir-birindən fərqlənir.
FED.az 2023-cü ilin nəticələrinə görə, Azərbaycan banklarında orta aylıq əmək haqlarını – orta hesabla hər işçiyə çəkilən xərci təqdim edir.
Qeyd edək ki, bu məbləğə maaşın əsas hissəsi ilə yanaşı, ona uyğun hesablanan sosial ödənişlər də daxildir.