2026-cı il avqust ayının 1-nə banklar tərəfindən Azərbaycan regionlarına kredit qoyuluşu, o cümlədən həmin kredit məbləğlərinin orta faiz dərəcələri məlum olub.
FED.az xəbər verir ki, ən kəskin fərq Dağlıq Şirvan (20,65%) ilə Bakı (12,75%) arasındadır — təxminən 8 faiz. Bu o deməkdir ki, Dağlıq Şirvanda kreditlərin orta faizi Bakıdan təxminən 62% yüksəkdir.
Digər diqqətçəkən məqam kreditlərin böyük hissəsinin Bakıda toplanmasıdır - 24,46 milyard manat, yəni ölkə üzrə 32,10 milyard manatlıq kreditlərin təxminən 76%-i Bakının payına düşür. Bakıdan kənardakı bütün iqtisadi rayonların birlikdə payı isə təxminən 24%-dir.
Faiz baxımından ən bahalı ilk beşlik Dağlıq Şirvan – 20,65%, Mərkəzi Aran – 20,24%, Qazax-Tovuz – 20,06%, Şirvan-Salyan – 19,84% və Lənkəran-Astara – 19,80%-dir. Ən aşağı göstəricilər isə Bakı – 12,75%, Şərqi Zəngəzur – 13,62% və Naxçıvan – 15,47%-dir.
Beləliklə kreditlərin ölkə üzrə orta faizi 14,15% olsa da, 14 iqtisadi rayondan yalnız Bakı və Şərqi Zəngəzurda kredit faizi ölkə ortalamasından aşağıdır.
Bunun səbəbi, faizi aşağı olan dövlət kreditlərinin – yəni ipoteka kreditləri (dövlət ipotekası illik 6-8%, daxili ipotekalar illik 8-13%), sahibkarlığa yardım kreitlərinin (illik 5%), eləcə də neft şirkətlərinə ayrılan dollarla aşağı faiz dərəcəli kreditlərin (illik 6-8%) daha çox Bakıda verilməsidir.
FED.az Mərkəzi Banka istinadən həmin göstəricilər üzrə renkinqi təqdim edir.
|
S/N |
Regionların adı |
Cəmi |
Orta % dərəcəsi |
|
|
Azərbaycan Respublikası |
32 095 329 |
14,15% |
|
1 |
Dağlıq Şirvan iqtisadi rayonu |
221 011 |
20,65% |
|
2 |
Mərkəzi Aran iqtisadi rayonu |
636 507 |
20,24% |
|
3 |
Qazax-Tovuz iqtisadi rayonu |
608 578 |
20,06% |
|
4 |
Şirvan-Salyan iqtisadi rayonu |
500 444 |
19,84% |
|
5 |
Lənkəran-Astara iqtisadi rayonu |
735 445 |
19,80% |
|
6 |
Qarabağ iqtisadi rayonu |
576 016 |
19,73% |
|
7 |
Mil-Muğan iqtisadi rayonu |
384 628 |
19,39% |
|
8 |
Şəki-Zaqatala iqtisadi rayonu |
648 896 |
18,61% |
|
9 |
Quba-Xaçmaz iqtisadi rayonu |
546 171 |
18,27% |
|
10 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
974 074 |
18,18% |
|
11 |
Abşeron-Xızı iqtisadi rayonu |
1 249 580 |
16,93% |
|
12 |
Naxçıvan iqtisadi rayonu |
518 819 |
15,47% |
|
13 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
35 129 |
13,62% |
|
14 |
Bakı iqtisadi rayonu |
24 460 031 |
12,75% |













