Adi ipoteka kreditləri - illik 6,5%
Uzun illərdən sonra banklar ipoteka kreitləinin faizlərini daha da aşağı salıblar. Müştərilər ev almaq üçün kreditləri bəzi banklardan illik 6,5%-lə də götürə bilərlər. Kreditin məbləği 150 min manata qədər, müddəti 25 ildir. Amma krediti götürmək istəyənlər bəzi şərtlərə cavab verməlidirlər. Əvvəla azı 6 ay daimi iş yerləri olmalı, onların əmək haqları rəsmi və nisbətən yüksək olmalı, götürülən məbləğ isə yalnız ev və ya mənzil alınması üçün sərf edilməlidir.
Kreditin məbləği | 150 000 AZN |
Müddəti | 25 il |
İllik faiz dərəcəsi | 6,5%-8% |
Valyuta | AZN |
Kimlər götürə bilər | Maaşı uyğun gələn istənilən şəxs |
Məqsəd | Ev və ya mənzil almaq |
Girov | Alınan ev və ya mənzil |
Güzəştli ipoteka kreditləri – illik 4%
Bunun adi ipoteka kreditlərindən fərqi ondadır ki, onları yalnız xüsusi qrupa aid olan şəxslər ala bilər. Bunlar şəhid ailələri, hərbçilər, və s-dir. Adi ipoteka kreditlərində güzəşt eən banklar güzəştli ipoteka kreditlərində geri çəkilmək niyyətində deyillər – ona görə də bu kreditlər hökumət tərəfinən müəyyən eildiyi kimi, illik 4%-lə verilir. Əsas problmlərdən biri odur ki, güzəştli ipoteka krediti nəzərdə tutulan təbəqələrin böyük hissəsində şəxs ailəli olmalı, onun və həyat yoldaşının yaşı 35-i keçməməlidir.
Kreditin məbləği | 100 000 AZN |
Müddəti | 30 il |
İllik faiz dərəcəsi | 4% |
Valyuta | AZN |
Kimlər götürə bilər | Xüsusi qruplara aid olan güzəştli şəxslər |
Məqsəd | Ev və ya mənzil almaq |
Girov | Alınan ev və ya mənzil |
SOCAR İstiqrazları ilə repo – illik 3,5%
Azərbaycanın qiymətli kağızlar bazarında REPO əməliyyatları çoxdan keçirilsə də, geniş əşali kütləsi bu əməliyyatlarla yalnız SOCAR İstiqrazlarının buraxılışından sonra tanış oldu. SOCAR İstiqrazlarının sahibləri REPO vasitəsilə öz istiqrazlarını girov qoyaraq illik 3,5%lə kredit götürə bilərlər. Bu, hətta güzəştli ipoteka kreditinin faiz dərəcəsindən də aşağıdır. SOCAR İstiqrazları ilə krediti maksimum 85 günlüyə götürmək olar. Yəni vəsait faiz ödənişinə 5 gün qalmış qaytarılmalıdır. Maraqlıdır ki, istiqraz sahibi kredit götürdüyü müddətdə də, onun istiqrazları faiz gətirməkdə davam edir. İstiqraz sahibləri malik olduqları istiqrazların dəyərinin 95%-i qədər kredit götürə bilərlər.
Kreditin məbləği | İstiqrazın dəyərinin 95%-i qədər |
Müddəti | 85 günə qədər |
İllik faiz dərəcəsi | 3,5% |
Valyuta | Dollar |
Kimlər götürə bilər | İstiqraz sahibləri |
Məqsəd | İstənilən |
Girov | İstiqrazların özü |
Sahibkarlar üçün güzəştli kreditlər - 7%
Sahibkarlığa Yardım Fondu tərəfindən verilən kreditlər, adından da göründüyü kimi, iş adamlarına dəstək məqsədi daşıyır və olduqca sərfəli şərtlərlə verilir. Kreditin illik faizi (7%) ipoteka kreditindən də aşağıdır. Amma bu kreditləri götürmək də asan deyil. Bunun üçün ətraflı biznes plan tərtib edilməli, layihənin iqtisadi əsası və gəlirliyi sübut edilməlidir. Fonddan layihənin prioritetliyini təsdiqlədən sahibkar daha sonra banka üz tutmalı və kreditə uyğun girov təqdim etməliir. Yalnız bundan sonra ona kredit veriləcək. Kreditlərin məbləği ilə bağlı hədd demək olar ki, yoxdur. Bu məbləğ 5 min manatdan başlayarpaq 10 milyon manatadək ola bilər. Kreditlər 3-10 il müddətinə, illik 6%-dən artıq olmamaq şərtilə verilir.
Kreditin məbləği | 100 000 AZN |
Müddəti | 3-10 il |
İllik faiz dərəcəsi | 6% |
Valyuta | AZN |
Kimlər götürə bilər | İş adamları |
Məqsəd | Biznes |
Girov | Daşınmaz əmlak |
Dövlət İstiqrazları ilə repo – illik 11%
Bu üsulla vəsait götürmək imkanını «PSG Kapital» investisiya şirkəti təqdim edir. İndiyədək bu vasitə ilə kredit almaq imkanından məlumatı olanlar az idi, belələri qiymətli kağızlar və dövlət istiqrazları sahəsində çalışanlardır. İndi isə «PSG Kapital»ın təklifi ilə dövlət istiqrazlarının sahibi olan istənilən investor bundan yararlana bilər. Dövlət İstiqrazlarını Maliyyə Nazirliyi buraxır. Həmin istiqrazları aldıqdan sonra repo üçün müraciət etmək olar . Manatla illik 11%-lə kredit olduqca sərfəlidir. Amma kredit müddəti 5 gündür. Bu variant təcili ödəmələri olan və ani likvidliyə ehtiyacı olan şəxslər və şirkətlər üçün uyğundur.
Kreditin məbləği | 1 000 000 AZN-ə qədər |
Müddəti | 5 gün |
İllik faiz dərəcəsi | 11% |
Valyuta | AZN |
Kimlər götürə bilər | Dövlət istiqrazlarının sahibləri |
Məqsəd | İstənilən |
Girov | İstiqrazların özü |