Nağd pul krediti, şəxsi maliyyə ehtiyaclarını qarşılamaq üçün ən əlverişli və sürətli yollarından biridir. Azərbaycanda müxtəlif banklar fərqli şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edirlər.
Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 51 mini ötüb
FED.az bankların təqdim etdikləri kreditlər üzrə illik faiz dərəcəsini , komissiya xərcini, kreditin təqdim olunduğu müddəti və kreditin məbləğini araşdırıb.
Ümumilikdə banklar üzrə ayrılan kredit məbləği 300 – 150 000 AZN aralığında dəyişir, illik faiz dərcələri isə minimal 10,49%-dən başlayır.
Krediti əldə edən zaman cuzi məbləğlərdə komissiya tələb oluna bilər, əksər banklar komissiyasız kredit imkanı yaradır. Komissiyalı kredit təklif edən banklarda komissiya haqqı 0-4% aralığında dəyişir. Kreditin müddətləri 2-60 ay arasındadır.
Hazırda bir sıra banklarda istehlak kreditləri üzrə aktiv kampaniyalar var. Məsələn, “Expressbank”da hazırda aktiv olan kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10 000 manatadək vəsait olan Expresso Standart və ya Platinum kredit kartı hədiyyə olunacaq.
Bankladakı istehlak kreditləri, kreditin müddəti, faiz dərəcələri, komissiya və ən əsası məbləği haqqında daha detallı aşağıdakı cədvəldə. Qeyd edək ki, faiz dərəcələri faktiki illik faiz dərəcəsidir.
Bank |
Məbləğ (AZN) |
İllik faiz dərəcəsi başlayır |
Komissiya |
Müddət (ay) |
Azərbaycan Beynəlxaq Bankı |
300 – 40 000 |
10,9 % |
0% |
3-60 |
Azər-Türk Bank |
300 – 40 000 |
11% |
0-1% |
3-48 |
Access Bank |
500 – 40 000 |
15,02% |
0-3% |
6-48 |
AFB Bank |
500 – 50 000 |
11,15% |
0% |
3-59 |
Azərbaycan Sənaye Bankı |
500 – 30 000 |
13,70% |
1% |
2-36 |
Bank Avrasiya |
500 – 30 000 |
12% |
0% |
12 – 59 |
Bank BTB |
300 – 30 000 |
18% |
0% |
3-48 |
Bank of Baku |
500 – 50 000 |
10,9% |
1% |
3-59 |
Bank Respublika |
500 – 50 000 |
13% |
0% |
6- 48 |
Expressbank |
300 – 70 000 |
10,9% |
0-4% |
3- 59 |
Kapital Bank |
300 – 50 000 |
10,9 % |
0% |
3- 59 |
Rabitəbank |
300 – 30 000 |
12,41% |
0% |
3-48 |
Turan Bank |
500 – 50 000 |
12,9% |
0-2% |
6-59 |
Unibank |
300 – 50 000 |
11% |
0% |
3-60 |
VTB Bank |
300 – 50 000 |
10,49% |
0% |
3-59 |
Xalq Bank |
500 – 150 000 |
12% |
0,2% |
12-60 |
Yapı Kredi Azərbaycan |
300 – 50 000 |
16,9% |
1,65-2% |
3 – 59 |
Yelo Bank |
400 – 50 000 |
14% |
0 – 3,5% |
6-59 |
Paşa Bank |
2 000 – 50 000 |
11,5% |
0-3% |
3 – 48 |
Ziraat Bank |
50 000 AZN-dək |
17% |
1% |
36 ayadək |