Müasir dövrdə iqtisadi inkişaf və rəqabət mühitində şirkətlərin uğur qazanması üçün maliyyə dəstəyi vacib amillərdən biridir.
Ən sərfəli istehlak kreditləri ayıran banklar – BANKLAR, ŞƏRTLƏR, SİYAHI (Avqust, 2025)
Biznes kreditləri, sahibkarlara yeni layihələrə başlamaq, mövcud fəaliyyətlərini genişləndirmək və ya maliyyə çətinliklərini aradan qaldırmaq üçün lazım olan kapitalı təmin edir.
FED.az Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən təklif olunan biznes kreditlərini, fərqli şərtlərini və faiz dərəcələrini araşdırıb.
Belə ki, biznes kreditləri 7 milyon manatadək ayrıla bilər, minimum biznes krediti 500 manatdan başlayır.
Kreditləri əldə etmək istəyən biznes sahibləri aldıqları kreditləri maksimum 72 ayadək geri ödəyə bilərlər.
Komissiyalar banklara görə fərqlidir – bəzi banklar komissiyasız kredit təqdim edərkən, bəziləri 0,5 – 1% aralığında komissiya tələb edir.
Bir sıra banklarda kreditlərin məbləği, müddəti, faiz dərəcəsi və ödəniş şərtləri müştərinin cari sifarişindən və layihədən asılı olaraq fərdi qaydada təyin edilir.
Banklar və kredit şərtləri haqqında daha detallı məlumat aşağıda təqdim etdiyimiz cədvəldə:
Bank |
Məbləğ (AZN) |
İllik faiz dərəcəsi başlayır |
Komissiya |
Müddət (ay) |
Azərbaycan Beynəlxalq Bankı |
100 000 AZN-dək |
16 |
0% |
3-48 |
Azər- Türk Bank |
- |
11,5% |
0,50% |
3 – 60 |
Access Bank |
50 000 – 3 000 000 |
- |
1% |
60 aya qədər |
AFB Bank |
250 000 AZN-dən başlayaraq |
15% |
1% |
6-48 |
Azərbaycan Sənaye Bankı |
5 000 - maksimum kredit məbləği fərdi yanaşma prinsipi əsasında müəyyən olunur |
12%-18% |
1% |
36 aya qədər |
Bank Avrasiya |
100 000 – 300 000 |
12% |
0,5% |
60 aya qədər |
Bank of Baku |
500 – 100 000 |
11% |
0-2,5% |
3 – 48 |
Bank Respublika |
20 000 - 5 000 000 |
- |
- |
12 aya qədər |
Expressbank |
30 000 – 5 000 000 |
12% |
- |
60 aya qədər |
Kapital Bank |
50 000 AZN-dən başlayaraq |
12% |
- |
60 aya qədər |
Rabitəbank |
30 000 – 500 000 |
15% |
- |
3 – 36 |
Turan Bank |
10 000 – 500 000 |
18% |
- |
3 – 36 |
Unibank |
15 000 – 10 000 000 |
5% |
- |
48 aya qədər |
VTB Bank |
7 000 000 AZN-dək |
17% |
0,25% |
60 aya qədər |
Xalq Bank |
Tələbata uyğun |
12% |
0,5% |
72 aya qədər |
Yelo Bank |
50 000 - 5 000 000 |
11% |
0,3-1% |
3 – 60 |
Ziraat Bank |
1 500 000 AZN-dək |
13% |
1% |
36 aya qədər |