Kapital Bankın maliyyə vəziyyəti məlum olub. FED.az xəbər vrir ki, bankın bu ilin 3-cü rübündə aktivləri 15,90% artaraq 4 milyard 7 milyon 548 min manat olub. Bankın öhdəlikləri 15,36% artaraq 3 milyard 615 milyon 485 min manat olub.
Eləcə də bax:“Ata Bank”da yeni təyinat – İSLAHATLAR DAVAM EDİR
Bankın cəmi kapitalı 68 milyon 569 min manat və ya 21,19% artaraq 392 milyon 063 min manat təşkil edib. Bank bu ilin 9 ayı ərzində müştərilərinə 1 milyard 721 milyon 511 min manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,72% çoxdur.
2019-cu ilin 3-cü rübündə “Kapital Bank”ın əməliyyat mənfəəti 206 milyon 219 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 80 milyon 484 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Bundan başqa 26 milyon 80 min manat mənfəət vergisi ödəyib. Nəticədə də “Kapital Bank” bu ilin 9 ayını 99 milyon 654 min manat xalis mənfəət ilə bağlayıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28 milyon 562 min manat və ya 40,17 % çoxdur.