«Xalq Bank» ASC 2018-ci ilin ilk 9 ayı üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Xalq Bank” ASC-in hesabatlarına istinadən xəbər verir ki, bankın kredit portfeli 2018-ci ilin 3-cü rübündə 1 mlrd 191,6 mln manat təşkil edib.
Kredit portfelinin iqtisadiyyatın sahələri üzrə bölgüsünə gəldikdə, qeyd etmək lazımdır ki, «Xalq Bank» bu sahədə ölkədə ən yaxşı göstəricisi olan banklardan biri sayıla bilər. Kredit portfeli ayrı-ayrı sahələr üzrə olduqca yaxşı şaxələnib. Heç bir sahə üzrə kreditlərin çəkisi 17%-i, yəni kredit portfelinin 6-da 1-ni keçmir. Hətta bəzi banklarda 70-80%-ə çatan istehlak kreditlərinin çəkisi «Xalq Bank»da cəmi 155,6 milyon manat və ya 13% təşkil edir.
Bank tərəfindən ən çox kredit - emal sahəsinə verilib. Bu məbləğ 196 mln 680 min manat və ya ümumi kredit portfelində xüsusi çəkisi 16,50%-dir.
Digər sahələrə verilən kreditlər isə bunlardır:
- Digər qeyri-istehsal və xidmət sahələri 181 mln 850 min manat (portfelin 15,2%-i),
- İnformasiya və Rabitə 166 mln 601 min manat (14%),
- Fiziki şəxslər ( istehlak vı ipoteka) 155 mln 581 min manat (13%),
- Mədənçıxarma sənayesi 145 mln 159 min manat (12,2%),
- Ticarət sahəsi 133 mln 338 min manat (11,2%),
- Tikinti sahəsi 103 mln 702 min manat (8,7%),
- Kənd təsərrüfatı 91 mln 700 min manat (7,7%),
- Digər maliyyə inistutları 11 mln 882 min manat (1%),
- Nəqliyyat 4 mln 5 min manat (0,4%) ,
- Digər sahələr 1 mln 130 min manat (0,1%).