Azərbaycanda ən çox və ən az kredit verən banklar məlum olub.
FED.az bankların 2019-cu ilin sonuna olan hesabatına istinadən xəbər verir ki, Azərbaycanda ən çox krediti Beynəlxalq Bank( 2 milyard 153 milyon manat), “Xalq Bank” (1 milyard 799 milyon manat), “Paşa Bank” ( 1 milyard 753 milyon manat ) və “Kapital Bank” (1 milyard 501 milyon manat) verib.
Eləcə də bax: Azərbaycanda kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
Ən çox kredit verən banklar arasında Top onluğa isə aşağıdakı banklar daxil olub.
“Premium Bank”( 562 milyon manat), “Accessbank”( 536 milyon manat), “Bank Respublika”( 470 milyon manat), “Unibank”(451 milyon manat), “Rabitəbank”( 352 miyon manat), “Ata Bank”(341 milyon manat)
Ən az kredit verən banklar isə “Naxçıvanbank”(91 milyon manat), “Bank Melli İran” Bakı filialı (4 milyon 185 min manat), “Pakistan Milli Bankı”nın Bakı filialı (655 min manat) olub.