Azərbaycanda fəaliyyət göstərən bankların filial şəbəkəsi ilə bağlı son vəziyyət məlum olub.
Eləcə də bax: Azərbaycan bankları müştərilərə - NECƏ CAVAB VERİRLƏR? – ARAŞDIRMA, SİYAHI
FED.az xəbər verir ki, hazırda ölkədə ən geniş filial şəbəkəsi iki banka - Azərbaycan Beynəlxalq Bankı (ABB) və «Kapitalbank»a məxsusdur.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az – BANKOMATI OLAN BANKLAR - SİYAHI
Ən böyük filial şəbəkəsi «Kapital Bank»dadır. Bankın Bakıda 29 filialı, 10 şöbəsi, 1 fərdi bankçılıq bölməsi, regionlarda 71 filialı, 6 şöbəsi var.
Azərbaycan Beynəlxalq Bankının isə Bakıda 16 filialı və 12 şöbəsi var. Regionlarda isə ABB 21 filial və 26 şöbəyə malikdir.
“Unibank”ın Bakıda 15, regionlarda 13 filialı var.
“AccessBank”ın Bakıda və Abşeron rayonunda 15, regionlarda isə 13 filialı var.
“Bank Respublika”nın Bakıda 11, regionlarda isə 16 filial və şöbələri var.
"Xalq Bank" ASC-nin Bakıda 10, regionlarda 20 filialı var.
“Bank of Baku”nun Bakıda 14, regionlarda 5 filialı var.
“Yelo Bank”ın Bakıda 10, regionlarda 2 filialı var.
“Ekpressbank”ın Bakıda 9, regionlarda 6 filialı var.
“Rabitəbank”ın Bakıda 11, regionlarda 14 filialı var.
“Muğanbank”ın Bakıda 23 filialı və 9 şöbəsi, regionlarda 13 filial var.
“AGBank”ın Bakıda 12, regionlarda 6 filialı var.
“Yapı Kredi Bank Azərbaycan”ın Bakıda 8 filialı, 1 şöbəsi var.
“Bank VTB Azərbaycan”ın Bakıda 5 filialı var.
“Turan Bank” ASC-nin Bakıda 7, regionlarda 8 filialı var.
“AFB Bank” ASC-in Bakıda 8, regionlarda 2 filialı, 5 şöbəsi var.
“Günaybank”ın Bakıda və Abşeron rayonunda 7 filialı, 7 şöbəsi, 4 mübadilə şöbəsi var.
“Paşa Bank”ın paytaxta 8, regionlarda isə 3 filialı var.
“Premiumbank”ın Bakıda 3, regionlarda 2 filialı, 1 şöbəsi var.
“NBC Bank”ın Bakıda 8, regionlarda 4 filialı var.
“Azərbaycan Sənaye Bank”ın Bakıda 3, regionlarda 3 filialı var.
"Naxçıvan Bank"ASC-nin Bakıda 1, Naxçıvanda 4 filialı, 1 mübadilə şöbəsi var.
"Ziraat Bank Azərbaycan" ASC-nin Bakıda 1, regionlarda 2 filialı var.
“Bank Avrasiya” ASC-nin Bakıda 1, Sumqayıtda 1 filialı var.
“Pakistan Milli Bankı”ın Bakıda baş ofisi və 1 filalı var.
“Bank Melli İran”ı Bakıda ancaq baş ofisi var.