FED.az Azərbaycanda fəaliyyət göstərən bankların bankomatlarının sayını təqdim edir.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az - FİLİALI OLAN BANKLAR – SİYAHI
Ölkədə ən böyük bankomat şəbəkəsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-dədir. Bankın 776 bankomatı, 9801 POS-terminalı var.
Eləcə də bax: Azərbaycan bankları müştərilərə - NECƏ CAVAB VERİRLƏR? – ARAŞDIRMA, SİYAHI
«Kapital Bank»ın Bakı və Abşeronda 293, bölgələrdə 455 bankomatı var.
"Xalq Bank" ASC-nin Bakıda və regionlarda 101 bankomatı, 5 ödəniş terminalı var.
“Bank of Baku”nun Bakıda və regionlarda 35 bankomatı, 44 ödəniş terminalı var.
“Yelo Bank”ın ölkə üzrə ümumilikdə 20 bankomatı var.
“Ekpressbank”ın Bakıda və regionlarda 61 bankomatı, 701 ödəniş terminalı var.
“Unibank”ın Bakıda və regionlarda ümumilikdə 75 bankomatı var.
“AccessBank”ın Bakı, Abşeron rayonunda və regionlarla ümumilikdə 40 bankomatı var.
“Bank Respublika”nın Bakıda və regionlarda 40 bankomatı var.
“Muğanbank”ın Bakıda və regionlarda 43 bankomatı var.
“AGBank”ın Bakıda və regionlarda 64 bankomatı var (artıq lisenziyası alınıb).
“Yapı Kredi Bank Azərbaycan”ın Bakıda 30 bankomatı var.
“AFB Bank” ASC-in Bakıda və regionlarda 60 bankomatı var.
“Bank VTB Azərbaycan”ın Bakıda 23 bankomatı var.
“Turan Bank” ASC-nin Bakıda 18, regionlarda 11 bankomatı var.
“Azərbaycan Sənaye Bank”ın Bakıda və ümumilikdə 55 bankomatı var.
“Paşa Bank”ın bankomat və avtomatik valyuta dəyişmə terminallarının sayı 28-dir.
“NBC Bank”ın Bakıda və regionlarda 20 bankomatı, 5 POS-terminalı var (artıq lisenziyası alınıb).
“Günaybank”ın Bakıda və Abşeron rayonunda cəmi 9 bankomatı var.
"Ziraat Bank Azərbaycan" ASC-nin Bakıda və regionlarda 2 bankomatı var.
“Premiumbank”ın regionlarda və Bakıda 45 bankomatı, 23 ödəniş terminalı var.
“Rabitəbank”ın Bakıda və regionlarda 77 bankomatı var.
"Naxçıvan Bank"ASC-nin Bakıda və Naxçıvanda 33 bankomatı, 9 ödəniş terminalı var.
“Bank BTB”nin ümumilikdə 22 bankomatı var, bunda 19-u Bakıda, 3-ü bölgələrdə yerləşir.
Bank Avrasiya” ASC-nin Bakıda və Sumqayıtda 17 bankomatı, 66 POS-teminalı var.
“Bank Melli İran”ın Bakıda 4 bankomatı var.